Daxil Ol Qeydiyyat Parolun Berpasi
Domain Nedir?

Domain veb saytınızın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəciləri veb saytınıza girə bilməzlər.
Domain ip adresi adlanan komputerlərin birbirini tanıması ucun istifadə olunan nomrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Misal ucun AzHost.Az yazdığınızda internet oncə bunu ip adresinə cevirir sonra isə sizi bu ip adresinə yonləndirir.
Veb saytınızı ziyarət etmək istəyənlərin ip adresinizi bilmələri cetin olacağı ucun domain alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 46.17.40.150 ip adresi AzHost.Az saytına aiddir. IP adresini yadda saxlamaq cox cetindir. Amma AzHost.Az deyilən vaxt daha asan yadda qalır.
Domainler en az 1 ən cox 10 il arasında alına bilir.
Yenə domainler en az 2 ən cox 63 simvoldan ibarət ola bilir. Hərf, rəqəm və - isarətini domainlerinizde istifadə edə bilərsiniz.

Sadəcə domain almaq sayt acmaq ucun kifayətdirmi?

Xeyir, domain almaq sayt acmaq ucun kifayət deyil. Siz bundan əlavə Hosting xidməti də almalısınız. Yuxarıda da acıqladığımız kimi domain adı istifadəcilərinizi Hosting xidmətinizin olduğu komputerlərə yonləndirir.

Domain uzantısı nə məna ifadə edir?
com − kommersiya təşkilatları
org − qeyri- kommersiya təşkilatları
edu − təhsil muəssisələri
biz − sahibkarlıq fəaliyyəti
gov − dovlət və yerli uzunuidarə orqanları
info − kutləvi informasiya vasitələri
name − fiziki şəxslər
net − İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr ucun.

.com ilə .az arasında nə fərq var?
.com beynəlxalq bir domain uzantısıdır. .az isə Azərbaycan ucun nəzərdə tutulub.
© AzHost.Az™ 2013−2017