- Axtarış sistemlərində optimizasiya (SEO - Search Engine Optimization) saytınızın reytinqinin Google, Yandex, Bing kimi axtarış sistemlərində artırılması fəaliyyətidir. Bu fəaliyyət saytın daxilində və xaricində müəyyən vaxt dilimində həyata keçirilməli olan işlər toplusudur. Bizim SEO strategiyalarımız konsultativ və tətbiqi yanaşmaya əsaslanaraq sizin hədəf auditoriyanız və marketinq məqsədlərinizə əsaslanır. Saytların yığılması prosesi başa çatdıqdan sonra SEO xidməti veb sayt üçün ən önəmli faktorlardan biridir.
- SEO Xidmətləri və Açar Sözləri - Axtarış sistemi marketinq xidmətlərimiz sizin hədəf kütlənizin məhsullarınızın və ya xidmətlərinizin axtarışı zamanı istifadə etdiyi açar sözləri müəyyən etməklə başlayır. Saytların optimizasiyası prosesinin bu mühüm mərhələsində doğru auditoriyaya çatmaq olduqca önəmlidir. Biz sizin saytınızın axtarış tezliyi və uyğunluq dərəcəsinə əsaslanan ən yaxşı açar sözlər seçməyinizə kömək edə bilərik. SEO xidmətləri zamanı kampaniyanızın ən başından seçilmiş diqqətli SEO hədəfləmə gələcəkdə daha böyük uğurlar əldə etməyinizə səbəb olacaqdır.
- Rəqabət Analizi İnternetdə kəskin rəqabət şəraitində sizinlə eyni açar sözləri hədəfləyən və potensial müştərilərinizə çatan (çatma şansı olan) çoxsaylı şirkətlər vardır. Rəqiblərinizin güclü və zəif tərəflərinin təhlili sizə müxtəlif imkanlar yarada bilər. Ona görə də, SEO optimizasiyası prosesinin bu mərhələsində üst sıralara çatmaq və orada möhkəmlənmək üçün açar sözlər əsasında rəqib şirkətlərin analizi və strategiya seçimi son dərəcə önəmlidir.
SEO qiymetleri: Acar sozlerinin sayina ve bu acar sozleri ucun olan reqabete esasen mueyyen olunur. Seo xidmeti tam olaraq oz efektini maksimum 6 ay erizinde ozunu gosterir.